Yaponiya bir neçə israilli məskunlaşana qarşı sanksiya tətbiq edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, sanksiyalar dörd nəfəri hədəf alıb.
Qeyd olunub ki, ötən ilin oktyabr ayından bəri işğal olunmuş İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı zorakılıqlar kəskin şəkildə artıb.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi bildirib ki, Yaponiya aktivlərin dondurulması tədbirlərini davamlı şəkildə həyata keçirəcək və İsrail hökumətini beynəlxalq ictimaiyyət, o cümlədən G7 ilə əməkdaşlıq çərçivəsində məskunlaşma fəaliyyətini tamamilə dondurmağa çağırmağa davam edəcək.
Bundan əlavə, İngiltərə, Kanada və Birləşmiş Ştatlar işğal altındakı İordan çayının qərb sahilində artan zorakılığa cavab olaraq bəzi ayrı-ayrı israilli köçkünlərə sanksiya tətbiq edib.
Mina Mikayılova