• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Toyuq kəsimi sexində nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

17 Mart 2026 | 16:52

Toyuq kəsimi sexində nöqsanlar aşkarlandı - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirib.

Bakıvaxtı.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR