• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Hörmüz boğazı İranın əlində ən təsirli təzyiq rıçağıdır - AÇIQLAMA

SİYASƏT

17 Mart 2026 | 16:47

Hörmüz boğazı İranın əlində ən təsirli təzyiq rıçağıdır - AÇIQLAMA

“ABŞ-İsrail və İran arasında müharibə sadəcə tərəflər arasında deyil, bir çox region ölkələrini də əhatə edərək daha geniş miqyas almaqdadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Ekspert vurğulayıb ki, bu savaş təkcə meydanda gedən döyüşlərdən ibarət deyil:

“Həmçinin, informasiya təbliğatı, psixoloji təsir, diplomatiya və siyasi ittihamlar fonunda çoxçeşidli hibrid savaş kimi də dəyərləndirilməlidir. Hörmüz boğazı son 50 ildə bir neçə dəfə belə risklərlə üzləşib. Həm İraq-İran müharibəsi, 1988-ci ildə ABŞ-İran qarşıdırması, 1990-94-cü illərdə Küveytin işğalı zamanı tanker savaşları olub. Amma heç biri indiki qədər təhlükə kəsb etməyib”.

Müsahibimiz qeyd edib ki, İran Hörmüz boğazını bağlamaq təhdidi ilə enerji bazarında ciddi kollaps yaratmaq niyyətindədir. Bu, hazırda İranın əlində ən təsirli təzyiq rıçağıdır.

Oqtay Qasımov: Körfəzin digər ölkələri o qədər də uzaqgörən siyasət icra etməyiblər

Analitik əlavə edib ki, ABŞ bununla bağlı mövqeyini ortaya qoyub:

“Bir aylıq müddətinə Rusiya nefti üzərindən embarqonun götürülməsi nəzərdə tutulur. ABŞ özü 6 ay müddətində 172 milyon barrel neftin bazara buraxılması ilə bağlı qərar verib. Yəni bu addımları atır ki, kollaps yaranmasın. Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı dünyanın enerji təminatında təxminən 20-25 faiz rol oynayır. Bu, ciddi rəqəmdir”.

“Amma bölgə ölkələri neftlərini sadəcə tankerlərlə daşımır ki? Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı nefti boru kəməri vasitəsi ilə ixrac edir. Bu da onu göstərir ki, körfəzin digər ölkələri o qədər də uzaqgörən siyasət icra etməyiblər”, - deyə Oqtay Qasımov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR