• Bakı C

    8.52 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Neft və qaz gəlirlərimiz azaldı

İQTİSADİYYAT

17 Mart 2026 | 13:28

Neft və qaz gəlirlərimiz azaldı

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 4 milyard 187 milyon 47.24 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 1 milyon 550 milyon 401.43 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilə müqayisədə 4.42% artıb, dəyəri isə 17.1% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 35.07% olub.

İxrac edilən neftin həcminə gəlincə, 1 milyard 704 milyon 408.42 min dollar dəyərində 3 milyon 600 min 307.38 ton xam neft və xam neft məhsulları satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 24.65%, dəyəri isə 36.22% azdır.

Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46.51% olub.


SON XƏBƏRLƏR