“ABŞ təkcə NATO və Avropa ölkələrinə yox, Yaponiya, Cənubi Koreya və Hindistana da deyir ki, Fars körfəzindən neft ABŞ-yə getmir. Hörmüz boğazından keçən neft tankerləri Avropaya, Çinə, Hindistana, Yaponiyaya, Cənubi Koreyaya gedir”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp həmin ölkələrə deyir ki, zəhmət çəksinlər, boğazlarda təhlükəsizliyin təmin olunmasına töhfə versinlər, yaxalarını kənara çəkməsinlər:
“Söhbət təkcə neftdən getmir. Qaz daşınmaları da dayanıb. Üstəlik, maye qazı daşıyan gəmilərin hədəf alınması daha ciddi fəsadlara yol aça bilər. Avropada qazın qiyməti 700 dollara çatıb. Yaponiya və Cənubi Koreya üçün isə az qala 900 dollara qədər qiymət yüksəlib. İqtisadiyyat buna dözə bilmək. Ona görə də Trampın xəbərdalığı ciddiyə alınmalıdır”.
Müsahibimiz vurğulayıb ki, Hörmüz boğazının bağlanması mümkün deyil. R.Musabəyov qeyd edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ boru kəmərləri ilə neft ixracını həyata keçirə bilər:
“Burada ən böyük problem Küveyt üçündür. Ən əsası isə boğazın bağlanması İranın özü üçün ciddi problem deməkdir”.

Rasim Musabəyov: İranın Hörmüz boğazı ilə dünyanı təhdid etməsi absurddur
Deputatın dediyinə görə, ABŞ demək olar ki, İranla bağlı öz istəyinə nail olub:
“ABŞ-nin məqsədi İranda uranın zənginləşdirilməsinin qarşısını almaq idi. Ancaq Fars körfəzində öz müttəfiqlərini tək qoyub prosesdən çıxa bimir. Reallıq odur ki, İranı nəzarətə götürmək, ora 1-2 milyon qoşun yetirmək qeyri-mümkündür. Lakin İranın Hörmüz boğazı ilə dünyanı, ABŞ-ni təhdid etməsi, bu məsələyə görə Tehranın qarşısında diz çökəcəklərini düşünməsi absurddur. İranda silinən yeganə qüvvə SEPAH olacaq. Bu qurum xərçəngə çevrilib”.
Aydın Baxış
Bakı 




