• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Bu kərə yağı tapdalanıb qablaşdırılır? - VİDEO

CƏMİYYƏT

17 Mart 2026 | 16:28

Bu kərə yağı tapdalanıb qablaşdırılır? - VİDEO

Ötən gün sosial şəbəkələrdə kərə yağı ilə bağlı narahatedici görüntülər yayılıb. İddialara görə, gigiyenik qaydalara zidd şəkildə qablaşdırılan bu məhsul Ukrayna istehsalı olan və Azərbaycanda da satışda olan "Tulçinka" markalı kərə yağıdır.

Bakıvaxtı.az xəbər verir ki, görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə onu kürəklə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunur.

Kadrlarda hadisənin hansı müəssisədə və hansı ölkədə çəkildiyi dəqiq müəyyən edilməyib. Lakin məhsulun Azərbaycanda da geniş istifadə olunması bu görüntülərin istehlakçılar arasında ciddi narahatlıq doğurmasına səbəb olub. İctimaiyyətdə belə bir sual yaranıb: görəsən, yayılan videodakı məhsul həqiqətən də marketlərdən aldığımız yağdırmı?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, müasir istehsal və qablaşdırma texnologiyalarını nəzərə alsaq, sözügedən video həqiqəti əks etdirmir və saxta xarakter daşıyır:

"Bu cür görüntülər bəzən istehsalçılar arasındakı rəqabətdən qaynaqlana bilər. Bazara çıxarılan hər hansı yağın bu formada istehsalı mümkün deyil. Belə bir halın hansısa ölkədə baş verməsi real görünmür".

E. Hüseynov qeyd edib ki, "Tulçinka" markalı yağlarla bağlı əsas problem məhsulun etiketində "bitki yağı qarışığı" ifadəsinin yer alması, lakin konkret olaraq hansı bitki yağından istifadə olunduğunun göstərilməməsidir. Onun sözlərinə görə, istehlakçılar bu məsələ ilə bağlı tez-tez müraciət edir:

"Biz iki il əvvəl bu barədə AQTA-ya rəsmi müraciət etmişik ki, etiketdə bitki yağının mənşəyi açıq şəkildə göstərilsin. Təəssüf ki, məsələ hələ də həllini tapmayıb"./Milli.Az

 


SON XƏBƏRLƏR