• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Bakıda bina yanır, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

HADİSƏ

17 Mart 2026 | 12:47

Bakıda bina yanır, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğında 7 nəfər zəhərlənib.

Bu barədə Bakıvaxtı.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

Əlavə edək ki, yanğın artıq söndürülüb.

***

12:11

Bakıda çoxmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda soyutma işləri gedir.

Eyni zamanda, binadan sakinlərin təxliyəsi davam edir./Report

***

12:02

Bakıda hündürmərtbəli binada baş verən yanğınla bağlı bina sakinləri təxliyə edilir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda əraziyə FHN-nin qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğında tüstüdən zəhərlənən şəxslər var.

Hazırda yanğının söndürülməsi ilə bərabər təxliyə işləri aparılır./Report

***

11:30

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

     

     


    SON XƏBƏRLƏR

    16 Mart 2026