• Bakı C

    8.52 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

BŞTİ məktəblinin yıxılması ilə bağlı məlumat yaydı

CƏMİYYƏT

17 Mart 2026 | 14:33

BŞTİ məktəblinin yıxılması ilə bağlı məlumat yaydı

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.


SON XƏBƏRLƏR