• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Nazir işəgötürənlərə ÇAĞIRIŞ ETDİ

CƏMİYYƏT

17 Mart 2026 | 16:45

Nazir işəgötürənlərə ÇAĞIRIŞ ETDİ

Aqrar sahədə dayanıqlı və formal məşğulluğun genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, bunu bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

    O qeyd edib ki, kənd təsərrüfatında çalışanlarla sadələşdirilmiş əmək müqavilələrinin rəsmiləşdirilməsi üzrə aidiyyəti dövlət qurumları ilə müzakirələr davam edir.

    “Fürsətdən istifadə edərək, bugünkü tədbirdə iştirak edən işəgötürənlərə müraciət edərək, mövcud vakansiyalar haqqında Əmək və Məşğulluq altsistemi üzərindən Vakansiya Bankına məlumatların təqdim edilməsini və məşğulluq məsələlərinin həllinə dəstək verməyə dəvət edirəm”, - deyə nazir diqqətə çatdırıb.


    SON XƏBƏRLƏR