• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ - Şagird...

HADİSƏ

17 Mart 2026 | 11:47

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ - Şagird...

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

Bakıvaxtı.az Konkret.az-a istinadən xəbər verir ki, məktəbin 8 “E” sinif şagirdi məktəbli dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə etdiyimiz məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə zamanı məktəbdə olmayıb. Həmçinin dərs vaxtı fənn müəlliminin sinif otağında olmadığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026