• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

ABŞ-nin Azərbaycan ərazisini hərbi əməliyyatlar üçün istifadə edəcəyi iddiaları əsassızdır

SİYASƏT

17 Mart 2026 | 12:03

ABŞ-nin Azərbaycan ərazisini hərbi əməliyyatlar üçün istifadə edəcəyi iddiaları əsassızdır

"Türkiyənin “Sözcü” qəzetində yayılan “ABŞ Azərbaycan ərazisini İran əleyhinə istifadə edə bilər” iddiası tam əsassızdır və dezinformasiyadır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Zahid Oruc bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə ölkəmizin üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevrilməyəcəyini bəyan edib.

Deputat qeyd edib ki, belə spekulyasiyalar Azərbaycan-İran münasibətlərini gərginləşdirmək və regionu hərbiləşdirmək məqsədini güdür, amma ölkəmiz daim diplomatik dialoq və regional sabitlik mövqeyi tutub.

Zahid Oruc əlavə edib ki, Azərbaycanın müstəqil və balanslı siyasəti enerji və təhlükəsizlik sahəsində strateji üstünlük təmin edib, ərazisində xarici hərbi bazalar yoxdur və ölkə qarşıdurmaya deyil, sülhə xidmət edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Mart 2026