• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bəzi ərazidə işıq OLMAYACAQ

CƏMİYYƏT

17 Mart 2026 | 22:20 | Müəllif: Subhan Mahmudov

Bəzi ərazidə işıq OLMAYACAQ

Sabah Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı "Bağlar" hava xəttində təmir və yenidənqurma işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.

Bildirilib ki, həmçinin köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR