• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Rusiya Çinə neft nəqlini artırmaq niyyətindədir

DÜNYA

23 Iyul 2024 | 15:35

Rusiya Çinə neft nəqlini artırmaq niyyətindədir

Rusiya Qara dəniz və Baltik dənizindən Çinə neft nəqlini artırmaq istəyir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya energetika nazirinin müavini Sergey Moçalnikov bu barədə açıqlama verib.

O bildirib ki, Rusiyanın Qara dəniz və Baltik dənizi limanlarından daşınmalar və dəniz nəqliyyatı vasitəsilə Çinə neft tədarükünü artırmaq potensialı var:

"Çinə neft daşınmasında boru kəmərləri tam gücü ilə çalışır. Rusiyanın Qara dəniz və Baltik dənizi limanlarından daşınmalar və dəniz nəqliyyatı vasitəsilə Çinə neft tədarükünü artırma potensialı var. Bu sahədə firmalara dəstək verməyə hazırıq",- Moçalnikov deyib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

08 Iyul 2025