Amerikanın "Microsoft" şirkəti öz biznesini yenidən qurub.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.
Bildirilib ki, axtarış və xəbər reklamından əldə edilən gəlirin bir hissəsi artıq "Azure" və digər bulud xidmətləri bölməsində uçota alınacaq. Eyni zamanda "Nuance Enterprise" biznesi Ağıllı Buludda deyil, Məhsuldarlıq və Biznes Prosesləri bölməsinə daxil ediləcək.
Açıqlamada şirkətin yenidən təşkili nəticəsində hesabat strukturunu faktiki biznes idarəçiliyinə uyğunlaşdıracağı qeyd olunub. Nəticədə İntellektual Bulud seqmentindən əldə olunan gəlirdən 23,8 milyard dollardan 24,1 milyard dollara, fərdi kompüterlərdən əldə edilən gəlirin 12,25 milyard dollardan 12,65 dollara qədər artacağı gözlənilir.
Gülşən Şərif









jpg-1726904160.webp)



