• Bakı 22° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Həbsxanada qiyam - 3 yaralı

DÜNYA

21 Sentyabr 2024 | 13:10

Həbsxanada qiyam - 3 yaralı

Qazaxıstanda cəzaçəkmə müəssisələrindən birində məhbuslar qiyam qaldırıb.

Bakıvaxtı.az “Lenta” portalına istinadən xəbər verir ki, hadisə ölkənin Türkistan vilayətində qeydə alınıb. 

Məlumata görə, məhbusların bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabe olmaqdan imtina ediblər.

İnsident zamanı Milli qvardiyanın iki hərbçisi, eləcə də həbsxananın bir əməkdaşı xəsarət alıb. 

Vəziyyəti daha sonradan sabitləşdirmək mümkün olub.


SON XƏBƏRLƏR