• Bakı 22° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Bakıda ayağına iynə vurulduğunu deyən qazidən ŞOK CİNAYƏT – Həbs edildi

HADİSƏ

21 Sentyabr 2024 | 12:08

Bakıda ayağına iynə vurulduğunu deyən qazidən ŞOK CİNAYƏT – Həbs edildi

Bakıda qazi həbs edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qazi yoldaşı və dostu Ayxan Məmmədovu (soyadlar şərtidir) döyərək bıçaqlayan Vətən müharibəsi qazisi Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Murad Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Məlum olub ki, Ayxan və dostları hadisədən əvvəl Daşkəsənin Xoşbulaq kəndinə qonaq gedib və orada Muradla görüşüb. Onlar Muradgilin evində qalıblar və ertəsi gün geri qayıdıblar.
Lakin bundan sonra Murad ayağında ağrılarının olduğunu deyib və Ayxangilin onun evində olduğu zaman ayağına iynə vurulduğunu iddia edib. Kontuziyası olan 3-cü qrup əlil söyüş söyərək ayağına iynə vuran şəxsi cəzalandıracağını deyib.

O, daha sonra Bakıya gələrək Ayxanla görüşüb. Hər iki şəxs Yasamal rayonu ərazisində olarkən Murad Ayxana hücum edib və sol üz nahiyəsinə yumruqla vurub. Ayxan qaçıb uzaqlaşmaq istəyərkən Murad onu təqib edib və ayağının sürüşüb yıxılmasından istifadə edərək öz qərəzli hərəkətlərini davam etdirib. Murad bıçaqla qazi həmkarının bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona başın ənsə nahiyəsinin, sol yanağın, boyunun, sol çiyin qurşağının, sol orta qoltuqaltı xətt boyunca sol qalça tini nahiyəsinin, bel nahiyəsinin və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş xəsarətləri yetirib. 

Qan içində olan gənc yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Bundan sonra Murad Əliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi açılıb.
Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmü ilə o, 1 il həbs cəzasına məhkum edilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR