• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda avtomobildən oğurluq - 2 yeniyetmə saxlanıldı

HADİSƏ

21 Oktyabr 2024 | 10:50

Bakıda avtomobildən oğurluq - 2 yeniyetmə saxlanıldı

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026