• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

BMT: Region fəlakət astanasındadır

DÜNYA

21 Sentyabr 2024 | 09:48 | Müəllif: Əli Hüseynov

BMT: Region fəlakət astanasındadır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda gərginliyin artmasından dərin narahat olduqlarını ifadə edib.

Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Beyrutda və Mavi Xəttdə gərginliyin artmasından narahat olduqlarını qeyd edən Dujarrik bütün tərəfləri mötədilliyə çağırıb.

Düjarrik bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb və bölgənin fəlakət astanasında olduğunu vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026