Rusiya ordusu bu gecə yenidən Ukraynanın paytaxtı Kiyevə hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Rusiyanın pilotsuz təyyarələri müxtəlif istiqamətlərdən şəhərə yaxınlaşıb. Müdafiə qüvvələri onlarla PUA-nı məhv edib.
Dağıntılar şəhərin bir sıra ərazilərində qeydə alınıb.
Dnepr bölgəsində elektrik kabeli zədələnib, lakin xəsarət alan olmayıb. Goloseevsky rayonunda, bir yaşayış binası zədələnib. Yanğın və xəsarət alan olmayıb.
Solomenski rayonunda dağıntıların düşməsi nəticəsində birmərtəbəli yaşayış binasının damında yanğın baş verib, lakin alov lokallaşdırılıb. Bir nəfər üzündən yanıq xəsarətləri alıb.
Murad Məmmədli










