• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Nigeriyada Boko Haram hücumu: 5 əsgər həlak oldu

DÜNYA

20 Noyabr 2024 | 08:35 | Müəllif: Əli Hüseynov

Nigeriyada Boko Haram hücumu: 5 əsgər həlak oldu

Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi hücumda 5 əsgər həyatını itirib.

Bakıvaxtı.az bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Belə ki, hücumda 5 əsgərin həyatını itirdiyini, 10 əsgərin yaralandığını, 4 əsgərin isə itkin düşdüyünü bildirilib.

Hücumdan sonra əsgərlərin terrorçulara qarşı həyata keçirdiyi əməliyyatda çox sayda terrorçunun zərərsizləşdirildiyi qeyd edilən açıqlamada terrorçulara aid silah maşını və mühüm sursatların ələ keçirildiyi barədə məlumat paylaşılıb.

Lakin milli mətbuatda yer alan xəbərlərdə hücumda 20 əsgərin həyatını itirdiyi iddia edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026