• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsrail artıq Livan ordusunu da vurur: 3 əsgər öldü

DÜNYA

21 Oktyabr 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

İsrail artıq Livan ordusunu da vurur: 3 əsgər öldü

Livan ordusu İsrailin endirdiyi zərbə nəticəsində üç əsgərinin öldüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Livan ordusunun bildirdiyinə görə, əsgərlər bazar günü İsrailin onların avtomobilinə endirdiyi zərbə nəticəsində həlak olublar. Əsgərlər sərhəddəki Ayn-Ebel kəndini yaxınlıqdakı Hanin şəhəri ilə birləşdirən yolda həlak olublar.

Son məlumatlara görə, ötən ay İsraillə Hizbullah hərəkatı arasında genişmiqyaslı müharibə başlayandan bəri Livan ordusu 8 əsgər itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR