• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Xankəndi şəhər 4 saylı tam orta məktəbdə neçə şagird qeydiyyatdan keçib?

CƏMİYYƏT

21 Sentyabr 2024 | 11:45

Xankəndi şəhər 4 saylı tam orta məktəbdə neçə şagird qeydiyyatdan keçib?

Xankəndi şəhər 4 saylı tam orta məktəbində hazırda 296 şagird qeydiyyatdan keçib

Bakıvaxtı.az xəbər verir ki, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov deyib.

Onun sözlərinə görə, məktəbdə yeni dərs ili sentyabrın 23-də başlayacaq:

“İki gün əvvəl dövlət başçısının iştirakı ilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbin açılışı olub. Sentyabrın 23-də bu məktəbdə ilk dərs günü başlayacaq. Məktəb 624 şagird yerlikdir. Hazırda 296 şagird rəsmi olaraq qeydiyyatdan keçib. Eyni zamanda, 57 şagird hələ cavab gözləyir. Biz həmin şagirdləri də təhsilə cəlb edəcəyik. Burada yaşayan ailələrin övladları təhsildən kənar qala bilməz”.

A.Məcidov məktəbin pedaqoji kollektivinin artıq formalaşdırıldığını bildirib:

“Məktəbin direktoru müəyyənləşib. Elm və təhsil nazirinin məktəbəqədər təhsildə dövlət agentliyinin ciddi dəstəyi ilə biz işğaldan azad olan bütün ərazilərdə, xüsusilə Xankəndi şəhər 4 saylı tam orta məktəbində ən yüksək hazırlıqlı müəllimləri seçərək işə qəbul edilib. İnanırıq ki, şəhidlərimizin qanı hesabına başa gələn bu böyük qələbəyə yaxşı təhsillə cavab verəcəyik”.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024