• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Van Dammın Qəbələdəki heykəli götürüldü

CƏMİYYƏT

21 Oktyabr 2024 | 10:03

Van Dammın Qəbələdəki heykəli götürüldü

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “İqtisadiyyat.az”a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib.

Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır: “Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və mühafizə olunan yerdə qoyulacaq”.

Qeyd edək ki, Vəndam kəndində məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib. 

Xatırladaq ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Cütlüyün izdivacı Azərbaycan ictimaiyyətində böyük marağa səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026