• Bakı 12° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.7995

    RUB - 1.7011

Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bloklandı - FOTO

CƏMİYYƏT

19 Noyabr 2024 | 18:50

Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bloklandı - FOTO

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram hesabı bloklanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmkarı Nigar Mahmudova məlumat verib.

O bildirib ki, Ataşovanın səhifəsi saxta diplomlu həkimlərin sifarişi əsasında bloklanıb. 

"Kaş yaxşı işlərdə belə koalisiya olaydınız. Milyonlar qazanmaq üçün insan canına qıyanda yox, cinayətlərinizi ört-basdır eləmək üçün yox. Düz qorxursunuz", - deyə N.Mahmudova yazıb. 

Qənirə Ataşovanı hazırda "Facebook" səhifəsindən izləmək mümkündür. 

Qeyd edək ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.


SON XƏBƏRLƏR