• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Avtoxuliqanlıq edən sürücü həbs edildi

HADİSƏ

21 Sentyabr 2024 | 10:57

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Cəlilabadda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini İ.Səfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

    Məhkəmənin qərarı ilə sürücü İ.Səfərov 15 sutka inzibati qaydada həbs edilib.


    SON XƏBƏRLƏR