• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Krasnodarda silah-sursat anbarı partladıldı - VİDEO

DÜNYA

21 Sentyabr 2024 | 10:47

Krasnodarda silah-sursat anbarı partladıldı - VİDEO

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Krasnodar diyarına hücum edib.

Bakıvaxtı.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun rəhbəri Veniamin Kondratyev açıqlayıb.

Onun sözlərinə görə, PUA-nın qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. 

O, yanğın ərazisinə yaxın yaşayan sakinlərin müvəqqəti olaraq təxliyə edildiyini bildirib.

“Astra” teleqram kanalı isə yerli sakinlərə istinadən pilotsuz uçuş aparatının Tixoretsk şəhəri yaxınlığında silah-sursat anbarına hücum etdiyini yazıb. Anbarda hücumdan sonra partlayış baş verib. Teleqram kanalı hadisə yerindən görüntülər də paylaşıb.

 


SON XƏBƏRLƏR

20 Sentyabr 2024