Türkiyədə qeyri-qanuni mühacirlər tutulub.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.
Məlumata görə, İzmirin Çeşmə rayonu sahillərində qeyri-qanuni yollarla xaricə getməyə hazırlaşan 23-ü uşaq olmaqla 40 qeyri-qanuni mühacir Sahil Mühafizəsi qrupları tərəfindən saxlanılıb.
Digər tərəfdən, yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 13-ü uşaq olmaqla 29 immiqrantın saxlanıldığı bildirilib.
Nuriyyə Musayeva














