• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Quterreş Haitidə artan zorakılıqdan narahatdır

DÜNYA

20 Noyabr 2024 | 10:22

Quterreş Haitidə artan zorakılıqdan narahatdır

"Antonio Quterreş Haitidə artan zorakılıqdan narahatdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Quterreş adından verdiyi yazılı açıqlamada qeyd edib.

Məlumata görə, qeyd edilib ki, Baş katib Haitidə silahlı dəstələrin paytaxt Port-au Prinsdə hakimiyyətə gəlməsi ilə nəticələnən şiddətin artmasından xüsusi narahatlığını ifadə edib.

Həmçinin, açıqlamada Quterreş siyasi prosesə keçiddə “dərhal irəliləyiş” əldə etməyin vacibliyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025