• Bakı 22° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirdi

DÜNYA

20 Dekabr 2024 | 10:03

Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirdi

Bu gün səhər Rusiya Ukraynaya raketlərlə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, raketlər strateji aviasiya vasitələrindən atılıb.

    Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrindən bildirilib ki, Rusiyanın MiQ-31K təyyarələrinin uçuşları ilə əlaqədar bütün ölkə ərazisində həyəcan siqnalı verilib. 

    Yerli vaxtla saat 7 radələrində Rusiya təyyarələri paytaxt Kiyev istiqamətində raketlər buraxıb. Bunun ardınca paytaxtda partlayışlar baş verib.

    Bildirilir ki, Rusiya Kiyevə ballistik raketlər, ehtimal ki, “Kinjal”la zərbələr endirib.


    SON XƏBƏRLƏR

    22 May 2026