• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Blinken britaniyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

DÜNYA

19 Yanvar 2025 | 09:02

Blinken britaniyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə son telefon danışığında Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və Çinlə rəqabəti müzakirə edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Katib ABŞ-Böyük Britaniya “xüsusi əlaqələri” vasitəsilə qurduqları yaxın tərəfdaşlığa görə Xarici İşlər Nazirinə təşəkkür etdi”, - Departamentin bəyanatında deyilir.

Qeyd olunur ki, Blinken ABŞ və Böyük Britaniyanın birgə işlərinin davam etdirilməsində Lemmiyə uğurlar arzulayıb.


SON XƏBƏRLƏR

18 Yanvar 2025