• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ukraynada hərbi vəziyyət ləğv edilə bilərmi?

DÜNYA

18 Fevral 2025 | 00:12 | Müəllif: Subhan Mahmudov

Ukraynada hərbi vəziyyət ləğv edilə bilərmi?

Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı razılığın əldə olunması hərbi vəziyyətin ləğvi demək olmayacaq .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.

"Atəşkəs hərbi vəziyyətin ləğvi demək deyil. Hərbi vəziyyətin ləğvi o zaman mümkündür ki, hərbi vəziyyətin hüquqi rejimi haqqında qanunda nəzərdə tutulan təhlükələr aradan qalxsın", - o qeyd edib.

Venislavskinin sözlərinə görə, müvəqqəti atəşkəs hərbi vəziyyətin tətbiqinə səbəb olan təhlükələri aradan qaldırmır.

O əlavə edib ki, hərbi vəziyyətin mümkün ləğvinin vaxtı, xüsusən, Rusiya qoşunlarının çıxarılmasından, təhlükəsizlik təminatlarından və danışıqların nəticələrindən asılıdır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR