• Bakı C

    15.04 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiya və Ukrayna əsirləri DƏYİŞDİ

DÜNYA

19 Mart 2025 | 22:01

Rusiya və Ukrayna əsirləri DƏYİŞDİ

Moskva və Kiyev əsirləri "175-in 175-ə" formatında dəyişiblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“2025-ci il martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib”, - nazirlik qeyd edib.

“Döyüşçülərə lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır”, - deyə məlumatda bildirilir. 

Birləşmiş Ərəb Əmirlikləri rus döyüşçülərinin əsirlikdən qayıtması zamanı vasitəçilik səyləri göstərib.


SON XƏBƏRLƏR

19 Mart 2025