• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İran əsas simvolu üçün erməni bayrağını seçdi

DÜNYA

20 Mart 2025 | 00:10 | Müəllif: Subhan Mahmudov

İran əsas simvolu üçün erməni bayrağını seçdi

Novruz ərəfəsində Tehranın əsas simvollarından biri olan Azadi qülləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

"Qüllənin divarlarında bu yaz bayramının ümumbəşəri əhəmiyyətini və erməni və İran xalqları arasında çoxəsrlik dostluğu vurğulayan erməni dilində təbrik mesajı da var", - məlumatda deyilir.

Tehranın qərb qapısının simvolu olan Azadi Qülləsi İran paytaxtının əsas görməli yerlərindən biri və vizit kartı hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026