Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağına 5 yük maşını dərman və tibbi ləvazimat göndərib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, yük maşınlarının sentyabrın 18-də nazirliyin Nablusdakı mərkəzi anbarından yola düşərək Qəzzaya çatdığı bildirilib.
Səhiyyə naziri Məcid Əbu Ramazan zolağa hücumlar başlayandan bəri ilk dəfə Qəzzaya dərman göndərə bildiklərini qeyd edib.
Yaxın günlərdə daha 5 yük maşını göndəriləcəyini qeyd edən Əbu Ramazan, yaralıların və xəstələrin təcili tibbi ehtiyaclarını qarşılamaq üçün Qəzzadakı xəstəxanalara dərman və tibbi ləvazimatların paylanacağını diqqətə çatdırıb.
Əli Hüseynov