• Bakı 21° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Dövlət Komitəsinin sədri Beynəlxalq Müsəlman Forumunda çıxış edib

SİYASƏT

21 Sentyabr 2024 | 15:49

Dövlət Komitəsinin sədri Beynəlxalq Müsəlman Forumunda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanın hər zaman dinlərarası dialoqa və qarşılıqlı hörmətə əsaslanan unikal yanaşma nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dini tolerantlığın və multikulturalizmin dövlət siyasəti səviyyəsində dəstəkləndiyi ölkə qəbul edilir. Dini qurumlarla bağlı dövlət siyasəti dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlib. Azərbaycanda müxtəlif dini konfessiyaları təmsil edən 950-dən çox dini icma fəaliyyət göstərir.

Ramin Məmmədov işğaldan azad edilmiş ərazilərimizdə dağıntı, təhqirlərə məruz qalan məscidlərin və digər dini məbədlərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər haqqında məlumat verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi abidələrin bərpa və konservasiyası missiyasını uğurla həyata keçirdiyini vurğulayıb.

Azərbaycan ilə Rusiya arasındakı dostluq münasibətləri haqqında danışan Dövlət Komitəsinin sədri 2022-ci ildə imzalanan mütəffiqlik bəyannaməsinin, habelə Rusiya Federasiyası Prezidentinin ötən ay Bakıya etdiyi səfərin əlaqələrin daha da genişləndirilməsinə xidmət edən mühüm addımlar olduğunu bildirib. Qeyd edib ki, ikitərəfli münasibətlərin pozitiv ruhu bütün sahələrdə, o cümlədən dini qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinə yaxşı zəmin yaradır.

Bakının ev sahibliyi edəcəyi COP29 konfransı çərçivəsində Dünya Dini Liderlərinin Sammitinin keçiriləcəyini bildirən Ramin Məmmədov bu platformanın din xadimlərinin birgə fəaliyyət və dialoqunun vacibliyini bir daha sübut edəcəyinə əminliyini ifadə edib.

Dövlət Komitəsinin sədri dini icmalar arasında dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin aparıldığı forumun işinə uğurlar arzulayıb.


SON XƏBƏRLƏR