• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Delimitasiya üzrə komissiyaların növbəti iclası nə vaxt keçiriləcək?

SİYASƏT

21 Oktyabr 2024 | 13:11

Delimitasiya üzrə komissiyaların növbəti iclası nə vaxt keçiriləcək?

Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan Ermənistan parlamentində bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024