• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Harrisdən Trampa sərt ittiham - Putinə gizli şəkildə...

DÜNYA

22 Oktyabr 2024 | 12:47

Harrisdən Trampa sərt ittiham - Putinə gizli şəkildə...

ABŞ-da Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris bəyan edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp növbəti dəfə prezident seçilərsə, bunun son dərəcə ciddi nəticələri olacaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Viskonsin ştatında keçmiş prezident Trampın "qeyri-ciddi adam" olduğunu iddia edib.

“Əgər Donald Tramp prezident olsaydı, Vladimir Putin Kiyevdə oturardı”, - Harris deyib.

Onun sözlərinə görə, Tramp “heyran olduğu və güclü gördüyü insanları sevindirmək istəyir”.

Harris, Trampın "pandemiya dövründə şəxsi istifadəsi üçün Putinə gizli şəkildə Covid-19 testləri göndərdiyini" söyləyib.

Trampın "Rusiya-Ukrayna müharibəsini bir gündə həll edəcəyəm" iddiasına toxunan Harris deyib: "Amerikalı olaraq düşünmürəm ki, ABŞ prezidenti belə bir məsələni təslim olmaq yolu ilə həll etməlidir".

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərini bütün dünyanın izlədiyini deyən Harris ABŞ-ın müttəfiqlərinin seçkilərdən narahat olduğunu bildirib.


SON XƏBƏRLƏR