• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.7786

    RUB - 1.7382

16 yaşından kiçiklər üçün sosial media qadağası

DÜNYA

21 Noyabr 2024 | 09:15

16 yaşından kiçiklər üçün sosial media qadağası

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlayıb. 

Qanun qəbul olunarsa, texnologiya şirkətləri bu qadağanı pozduqlarına görə 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon dollar) qədər cərimə ödəyəcəklər.

Həm hökumət, həm də müxalifət partiyaları tərəfindən qanun layihəsi dəstəklənib və qəbul olunarsa, bir il ərzində qüvvəyə minəcək.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

27 Yanvar 2025