Qazaxıstan Futbol Federasiyasına (QFF) növbədənkənar seçkilər keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı Marat Ömərov qrumun yeni prezidenti seçilib. O, 94 faiz səslə digər rəqiblərini qabaqlayıb.
Federasiyaya daha əvvəl Adlet Barmenkulov rəhbərlik edirdi.
Qeyd edək ki, Marat Ömərov Qazaxıstanın Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyinin sədridir.