• Bakı C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Sağ qalmaq üçün pul ödəyib, həbsə girirlər

DÜNYA

19 Yanvar 2025 | 22:53

Sağ qalmaq üçün pul ödəyib, həbsə girirlər

Yaponiyanın yaşlı sakinləri sağ qalmaq və tənhalıqdan xilas olmaq üçün könüllü olaraq həbsxanalara axışırlar.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, Yaponiyanın ən böyük qadın həbsxanası əsasən yaşlı insanlarla doludur.

Mühafizəçilərin sözlərinə görə, tənhalıq problemi məhbuslar üçün o qədər kəskindir ki, onlar dəmir barmaqlıqlar arxasında qalmağa üstünlük verirlər. Onlar həm də sağ qalmaq üçün ora düşməyə çalışırlar.

“Bəzi insanlar burada əbədi yaşamaq üçün ayda 20,000 və ya 30,000 yen (130-190 ABŞ dolları) ödəməyə hazırdırlar”, – Tokionun şimalındakı Toçiqi Qadın Həbsxanasının əməkdaşı etiraf edib.

Qeyd edilib ki, cəzaçəkmə müəssisələrində məhkumlar müntəzəm yemək, pulsuz tibbi xidmət, kənar həyatda çatışmayan qayğı və ünsiyyət alırlar.


SON XƏBƏRLƏR

19 Yanvar 2025