• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Makron sabaha növbəti sammit çağırdı

DÜNYA

18 Fevral 2025 | 22:35

Makron sabaha növbəti sammit çağırdı

Fransa Ukrayna və Avropada təhlükəsizliyi müzakirə etmək üçün ikinci iclas çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, iclas sabah baş tutacaq və fevralın 17-də keçirilən ilk iclasda iştirak etməyən NATO ölkələrinin nümayəndələrinin də toplantıya qatılacağı gözlənilir.

Agentlik iki mənbəyə istinadla dəvət edilən ölkələr arasında Norveç, Kanada, Baltikyanı ölkələr, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçikanın olduğunu bildirib.

Qeyd edək ki, fevralın 17-də Avropa ölkələrinin liderləri Parisdə fövqəladə sammit keçirərək, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Moskva ilə Avropanın iştirakı olmadan danışıqlar aparmaq niyyətini müzakirə ediblər. Görüşdə hansısa konkret qərar qəbul olunmayıb.


SON XƏBƏRLƏR

20 Fevral 2025