• Bakı -0° C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Ərdoğan: Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir

DÜNYA

18 Fevral 2025 | 19:28

Ərdoğan: Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir

Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Zelenskinin səfəri müharibənin fundamental dinamikasının əhəmiyyətli dəyişikliyə məruz qalacağı bir vaxta təsadüf edir:

"Müharibədə qalib, sülhdə məğlub olmur. Tərəflər arasında sülhün bərqərar olması üçün çox səy göstərdik. 2022-ci ilin mart ayında İstanbulda iki ölkə arasında birbaşa danışıqlara ev sahibliyi etdik. Qara Dəniz Taxıl Təşəbbüsünə başladıq. Son üç il ərzində biz bütün səviyyələrdə Rusiya və Ukrayna ilə birbaşa əlaqədə olmuşuq".

Ərdoğan xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın müharibənin tez və danışıqlar yolu ilə başa çatdırılması üçün diplomatik təşəbbüsü var.

"Bu yanaşma da Türkiyənin siyasəti ilə üst-üstə düşür. Müharibə indi bitməlidir", - Türkiyə Prezidenti əlavə edib.


SON XƏBƏRLƏR