• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin Rusiyada qanunsuz yaşayan ukraynalılarla bağlı fərman imzalayıb

DÜNYA

20 Mart 2025 | 17:26 | Müəllif: Gülşən Şərif

Putin Rusiyada qanunsuz yaşayan ukraynalılarla bağlı fərman imzalayıb

Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşlarına Rusiya Federasiyası ərazisini tərk etmək üçün sentyabrın 10-dək vaxt verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün fərman imzalayıb.

Prezident fərmanına əsasın, Rusiyada qanuni əsas olmadan olan Ukrayna vətəndaşları sentyabrın 10-dək ölkəni tərk etməli və ya hüquqi statuslarını qaydaya salmalıdırlar

Eyni zamanda Putinin fərmanına əsasən, Donbass, Xerson və Zaporojyedə (Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri-red) əcnəbilərdən iyunun 10-dək HİV-ə yoluxmadıqlarını və narkotikdən istifadə etmədiklərini təsdiq etmələri tələb olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026