• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zelenski bu ölkəyə səfərini TƏXİRƏ SALDI

DÜNYA

20 Mart 2025 | 18:16 | Müəllif: Subhan Mahmudov

Zelenski bu ölkəyə səfərini TƏXİRƏ SALDI

Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına (CAR) səfəri aprelin 10-dan aprelin 24-nə təxirə salınıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat yayıb.

"Zelenskinin səfəri onun şəxsi xahişi və hazırkı qrafiki ilə əlaqədar Ukrayna hökumətinin istəyi ilə 24 aprel 2025-ci il tarixinə dəyişdirilib", - sözçü bildirib.

Maqvenya əlavə edib ki, CAR-ın Ukraynadakı münaqişəni həll etmək istəkləri ABŞ-ın mövqeyi ilə üst-üstə düşür.

Mətbuat katibi eyni zamanda qeyd edib ki, Zelenskinin səfəri sülh prosesini dəstəkləmək və ölkələr arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026