• Bakı 19° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı işlərini davam etdirəcək

DÜNYA

18 Fevral 2025 | 19:52

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı işlərini davam etdirəcək

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması üzərində işləməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Qara dənizdə kommersiya gəmiçiliyi mühüm məsələ olaraq qalır. Ölkəmiz təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzərində işləməkdə davam edəcək. Hesab edirik ki, Qara dənizdə həyata keçirilə biləcək bu cür tədbirlər danışıqlar prosesində mühüm etimad tədbiri rolunu oynayacaq”, - o deyib.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025