2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçən şəxslərin xarici sürücülük vəsiqələri ölkədə etibarsız sayılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"2024-cü ilin aprelində qüvvəyə minən qanunun müddəaları xarici sürücülük vəsiqəsi sahibinin yaşayış icazəsi və ya Rusiya Federasiyasının vətəndaşlığını aldığı tarixdən bir il sonra etibarsız hesab edilməsi qaydasını müəyyən edib.
Avtomobil sürücüsü Rusiyada etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir”, - məlumatda deyilir.