Müsavat fəalı Əlikram Xurşidov saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Əlikram Xurşidov Şirvan şəhər polis bölməsinə aparılıb.
Qeyd edək ki, Ə.Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, xuliqanlıq maddəsi ilə 5 il həbs cəzası almışdı.