• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Yol polisindən XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Fevral 2025 | 15:50

Yol polisindən XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, ölkə ərazisində yağmurlu hava şəraitinin yollarda qəza riskini artırdığı bildirilib.

"Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər", - xəbərdarlıqda qeyd olunub.

Vurğulanıb ki, BDYPİ dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir.


SON XƏBƏRLƏR

20 Fevral 2025