• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Baharın mübarək, Azərbaycan! -VİDEO

CƏMİYYƏT

20 Mart 2025 | 14:15

Baharın mübarək, Azərbaycan! -VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycana yaz fəsli daxil olub.

Bakıvaxtı.az xatırladır ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edib.

Baharın ilk saatlarını yaşayırıq.

Baharda torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür.

Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir.

Yaz fəsli Azərbaycana ruzi-bərəkət, bolluq gətirsin.

Baharın mübarək, Azərbaycan!

Fatimə Əşrəfli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026