• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AYNA: Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində çalışır

CƏMİYYƏT

20 Mart 2025 | 12:33

AYNA: Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində çalışır

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır. 

Bu barədə Bakıvaxtı.az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir. 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib. 

Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb. 

Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının  saytı və mobil tətbiqindən alınan bilet 3% (ATB kartları) keşbek qazandırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026